- Köhnə - Region
- 6 Yanvar 2016 15:36
- 4 973
“Donuz qripi” Ermənistana çatdı – 27 nəfər yoluxub
Ermənistanda son günlər ərzində 27 nəfər H1N1 (donuz qripi) virusuna yoluxub.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Armen Muradyan məlumat verib.Onun sözlərinə görə, xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün həssas qrupların nümayəndələrinə peyvənd vurulub.
Respublikada ümumilikdə 350 kəskin respirator xəstəlikləri qeydə alınıb. Onlardan 67-si pnevmaniya ilə müşayiət olunur. Xəstəxanalara kəskin respirator xəstəlikləri ilə 24 hamilə qadın gətirilib. Pnevmaniya ilə xəstəxanaya yerləşdirilən qadınlardan biri ölüb.
Aydan AXUNDOVA