Türkiyədə sərnişin avtobusu aşdı - 26 yaralı

Türkiyənin Elazığ vilayətində ağır yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Diyarbəkir – İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Yol qəzası nəticəsində 26 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.