İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb. İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb.

Türkiyədə 57, Rusiyada isə 107 nəfər öldü - “Donuz qripi“ndən

İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb.


İndiyədək "donuz qripi" Giresun və Diyarbəkir vilayətlərində aşkar edilib.

Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.

2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.

Rusiyada isə "donuz qripi"ndən ölənlərin sayı 100 nəfəri keçib.

Federasiyanın səhiyyə naziri Veronika Skvortsova bu rəqəmin 2009-cu ildəki epidemiya vaxtı qeydə alınan göstəricidən xeyli aşağı olduğunu deyib.

Xanım V.Skvortsova bildirib ki, ötən gün ölkədə bu virusdan ölənlərin sayı 107 nəfərə çatıb. Onlardan 4-ü hamilə qadın, 8-i isə uşaq idi.


Trend