- Qayıdış
- 25 Oktyabr 2020 14:29
- 2 526
Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf alıb
Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəf alıb.
AzNews.az-ın xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.
Bildirilib ki, düşmən mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edir.