"Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir" "Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir"

MN: Düşmən hücuma keçməyə cəhd edib, ağır itkilər verərək geri çəkilib

"Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir"

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - MN-dən bildirilib.