- Qayıdış
- 6 Oktyabr 2022 18:25
- 4 542
MN: Ordumuzun bölmələri Ermənistan texnikasına atəş açmayıb
"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır"
Ermənistan müdafiə nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.
Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib: "Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır".