- Qayıdış
- 1 İyul 2023 12:09
- 9 186
Qarabağda yaşayan mülki ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər
Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçirlər.
Aznews.az-ın əldə etdiyi videogörüntülərdə, erməniəsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçid etmələri əksini tapıb.
Belə ki, Laçın sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb.
Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.