MN: "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır"

"Mövcud şərait bölmələrimizin nəzarəti altındadır".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini davam etdirir:

"İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək", - deyə o əlavə edib.