- Qayıdış
- 14:01
- 741
Kərkicahan, Xanyurdu və Təzəbinəyə köçən ailələrə mənzillərin açarları təqdim edilib
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi ilə Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Aznews.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu köç də daxil olmaqla, ümumilikdə Kərkicahana 35 (140 nəfər), Xanyurduna 129 (455 nəfər), Təzəbinəyə isə 147 ailənin (650 nəfər) daimi qayıdışı təmin olunub.
AzNews.az