Qarabağdakı quruculuq işləri böyük qürur hissi yaradır - Həmidə Ömərova - VİDEO

Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova işğaldan azad edilmiş ərazilərdə görülən işlər, sakinlərin öz doğma ata-baba yurdlarına geri dönməsi və Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüb.

Aznews.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda öz əksini tapıb.

Şuşaya səfəri zamanı Cıdır düzünün möhtəşəm mənzərəsindən heyranlığını gizlətməyən sənətkar, Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki genişmiqyaslı tikinti işlərinin onda böyük qürur hissi yaratdığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı məlumatlandırma və təşviqat kampaniyası həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə xüsusi videoçarxlar hazırlanır.