- Qayıdış
- 14:54
- 1 423
Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - FOTO
Cəbrayılın Şükürbəyli kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib.
Aznews.az xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 20 ailə, ümumilikdə 89 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Qeyd edək ki, kəndə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi planlaşdırılır.