Avtomobilin sınaqdan sonra taksi kimi fəaliyyətə başlayacağı deyilir Avtomobilin sınaqdan sonra taksi kimi fəaliyyətə başlayacağı deyilir

Medvedev pilotsuz avtomobili sınaqdan keçirdi

Avtomobilin sınaqdan sonra taksi kimi fəaliyyətə başlayacağı deyilir

Rusiyanın baş naziri Dmitri Medvedev "Yandeks"in istehsal etdiyi pilotsuz avtomobili Skolkovoda sınaqdan keçirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Medvedev avtomobilin arxa oturacağında şirkətin sahibi Arkadi Volojla yanaşı oturub.

Avtomobilin sınaqdan sonra taksi kimi fəaliyyətə başlayacağı deyilir. Bundan öncə isə avtomobili Moskvanın meri Sergey Sobyanin sınaqdan keçirib.

Qeyd edək ki, Yandeks avtomobilin yaradılması layihəsinə 2016-cı ildən başlayıb. Bu ilin fevralında isə Moskvanın küçələrində sınaq yürüşü həyata keçirib.

© AzNews.az