Geri çağırılma 2002-2008-ci il istehsalı olan avtomobillərə aiddir Geri çağırılma 2002-2008-ci il istehsalı olan avtomobillərə aiddir

Bu şirkət 21 minə yaxın avtomobili geri çağırır - Ön təhlükəsizlik yastıqları...

Geri çağırılma 2002-2008-ci il istehsalı olan avtomobillərə aiddir


"Mazda Motor" şirkəti Rusiyada 21 minə yaxın avtomobili geri çağırıb.

Qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin dekabrınadək Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək. (Trend)

© AzNews.az