- Rusiya və İran
- 11 Noyabr 2018 20:08
- 2 735
Moskvada bomba təhlükəsi: vağzallar boşaldıldı

Buna səbəb anonim bomba xəbərdarlığı olub.
Moskvada insanlar dəmir yolu vağzallarından təxliyə olunub.
Buna səbəb anonim bomba xəbərdarlığı olub.
Naməlum şəxs zəng edərək bildirib ki, paytaxtın Kiyev vağzalında partlayıcı qurğu quraşdırılıb. Bundan sonra vağzaldan minədək insan təxliyə olunub.
Ardınca Belarus vağzalına bomba qoyulduğu bildirilib və təxliyə işlərinə başlanılıb.
Hələlik bomba xəbərdarlığının doğru olub-olmadığı məlum deyil. (oxu.az)
AzNews.az