Məhkum qadınlar Rusiyada həbsxana əməkdaşlarını döyüblər. Məhkum qadınlar Rusiyada həbsxana əməkdaşlarını döyüblər.

Məhkum qadınlar həbsxana əməkdaşlarını döydülər

Məhkum qadınlar Rusiyada həbsxana əməkdaşlarını döyüblər.

Rusiyanın Kamçatka bölgəsində 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarına qarşı cinayət işi başlanılıb.

Lenta.ru xəbər verir ki, bununla bağlı İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumatlara görə, qarətə görə 18 il müddətinə azadlıqdan məhrum olunan 63 yaşlı qadın həbsxanadakı insidentin təşkilində ittiham edilir.

Hadisə zamanı məhkum qadınlar taxta dəyənəklərlə və zəncirlərlə müəssisə əməkdaşlarını döyüblər. Hazırda faktla bağlı araşdırma aparılır. Əməlləri sübuta yetirilərsə, insidentdə iştirak edən şəxsləri beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(oxu.az)

© AzNews.az