69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib. 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Rusiyada sərnişin təyyarəsini ələ keçirən şəxs tutuldu - YENİLƏNİB

69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

"Aeroflot"un SU1515 Surqut-Moskva reysi sərnişinlərdən birinin xuliqanlıq hərəkətləri nəticəsində kursunu dəyişib və çərşənbə axşamı Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Bu barədə TASS-a istinadən xəbər verilir.

Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepov bildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.

Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.

15.54

Rusiyanın “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Surqut – Moskva reysini yerinə yetirərkən silahlı şəxs tərəfindən ələ keçirilib.

“İnterfax”a istinadən xəbər verilir ki, 41 yaşlı Pavel Şapovalov adlı sərnişin təyyarəni Əfqanıstana yönəltməyi tələb edib.

“Flight Radar” xidmətinin məlumatına görə, aralarında bir körpə olan 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhəri yaxınlığında enişə gedir. (Report)