Saratov vilayətinin Lısıye qorı qəsəbəsində kafelərdən birində partlayış baş verib. Saratov vilayətinin Lısıye qorı qəsəbəsində kafelərdən birində partlayış baş verib.

Saratovda partlayış: 40 yaralı var

Saratov vilayətinin Lısıye qorı qəsəbəsində kafelərdən birində partlayış baş verib.

Axar.az xəbər verir ki, “Randevu” kafesində qaz balonunun partlaması və sonradan yaranan yanğın nəticəsində 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan altı nəfəri üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan ikisi uşaqdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyirlər.

AzNews.az