"Hər dəfə də o, mənə danışdığımızın yarısı qədər pul verdi”. "Hər dəfə də o, mənə danışdığımızın yarısı qədər pul verdi”.

Senatorun həbsi gözlənilən idi - Anastasiya Voloçkova

"Hər dəfə də o, mənə danışdığımızın yarısı qədər pul verdi”.

Senator Rauf Araşukovun həbsi məni təəccübləndirməyib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri “Danışır Moskva” radiostansiyasına müsahibəsi zamanı rusiyalı balerina, rəqqasə, ictimai xadim, Qaraçay-Çərkəz Respublikasının xalq artisti, Rusiya Federasiyanın əməkdar artisti Anastasiya Voloçkova deyib.

O, Raufun ailəsi ilə 10 ildən çox tanış olduğunu bildirib: “Rauf atasının pullarını “sağa-sola” xərcləyirdi”.

Balerina senatorun onu aldatdığını xatırladıb: “İki dəfə Qaraçay-Çərkəz Respublikasına xeyriyyə konsertinə gəlmişəm. Hər dəfə də o, mənə danışdığımızın yarısı qədər pul verdi”.

“Ata ilə oğlunun tutulması bu həyatda şər iş görənlərə bir ibrət dərsi olacaq”. Voloçkova belə deyib.

Xatırladaq ki, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov və onun atası dünən həbs edilib. Rauf qətldə, atası Raul isə “Qazprom”un 30 milyard rublunu mənimsəməkdə ittiham edilir.

Babək Göyüş

AzNews.az

image description