Suriyada atdığımız, atacağımız addımlar böyük önəm daşıyır Suriyada atdığımız, atacağımız addımlar böyük önəm daşıyır

Putin Ərdoğanla görüşdü - Önəmli açıqlamalar verildi

Suriyada atdığımız, atacağımız addımlar böyük önəm daşıyır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşüb.

AzNews.az xəbər verir ki, iki lider təkbətək görüşdən əvvəl mətbuat nümayəndələrinə açıqlamalar verib.

Ərdoğan Putinlə bir çox sahələrdə istər siyasi, istərsə də hərbi müzakirələr aparılacağını deyib:

"Aramızda 3 razılaşma imzalanacaq. Bunlarla da gələcək yönümlü addım atmış olacağıq. Sizin də dediyiniz kimi ticarət həcmində 15%-lik artımdan söhbət gedir. Müəyyənləşdirdiyimiz hədəf vardı, indi isə 100 milyon dollarlıq hədəfə doğru getmək istəyirik. Hər şeydən əvvəl aramızdakı qaz axını ilə bağlı dəniz hissəsi, Türk axını da bitib. Sahildəki addımlar da planlaşdırıldığı kimi gedir. Hədəfimiz eyni təqvim içərisində bitirməkdir. Digər çox-çox önəmli addım da bölgədəki terrora qarşı birlikdə müqavimət göstərmək üçün atdığımız addımlardır. Xüsusilə Suriyada atdığımız, atacağımız addımlar böyük önəm daşıyır".

Putin Türkiyə ilə münasibətlərin, xüsusilə iqtisadiyyat sahəsində inkişaf etdiyini vurğulayıb:

"Mədəniyyət və turizm ilinin açılışını edəcəyik. İkili münasibətlərimizin inkişaf etdiyini müşahidə edirik. Aprel ayı ərzində ticarət həcmimiz 15% olub, 35 milyard dollara çatıb. Türk axınının dəniz və sahil hissəsi arasında bağlantı bir az əvvəl yaradılıb. Beynəlxalq münasibətlərdə qlobal problemlərlə bağlı ortaqlığımız davam edir".

Pərvanə Ağazadə

AzNews.az