"Bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir" "Bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir"

Rusiya və Türkiyə viza rejimini ləğv edə bilər

"Bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir"

Rusiya və Türkiyə yaxın zamanlarda iri həcmli yük avtomobillərinin sürücüləri üçün vizaların ləğv olunması barədə razılıq əldə edə bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyi Konsulluq departamentinin direktoru İvan Volınkin deyib.

O bildirib ki, bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir.

Bundan başqa, iki ölkə arasında xidməti, eləcə də xüsusi pasportların sahibləri üçün viza rejiminin ləğv olunması ilə bağlı danışıqlar aparılır.(trend.az)

AzNews.az