Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqli bu ilin mart ayında dayandırılıb Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqli bu ilin mart ayında dayandırılıb

Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa edildi

Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqli bu ilin mart ayında dayandırılıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.(trend.az)

AzNews.az