ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir

Rusiyadan ABŞ-a sərt mesaj

ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir

Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasından sonra dünya mediasında ard-arda fərqli fikirlər yer alır.

Bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Əsas müzakirə mövzularından biri ABŞ-ın Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməsi məsələsi idi.

Rusiya Dövlət Duması Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov da öz növbəsində gündəmdən düşməyən S-400-dən sonra ABŞ -Türkiyə arasında yaşanan gərginliyə münasibət bildirib.

O, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəməsi məsələsini daha sərt şərh edib.

Puşkov öz tviter hesabındakı açıqlamasında bunları deyib:

“Ankara sözə qulaq asıb özünə lazım olmayan "Patriot"ları almalıydı ki, indi ABŞ Türkiyəni sanksiyalarla təhdid etməsin”.

“ABŞ-ın öz silahlarını müttəfiqlərinə satması NATO-nun varolma səbəbidir. İndi ittifaqdakılar istədikləri qədər üzvlərinin bərabər hüquqlara sahib olmasından danışsınlar”. (Musavat.com)