Onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək Onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək

Moskvada etiraz aksiyası - 1000-dən çox adam saxlanıldı

Onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək

Ötən gün Rusiya paytaxtı Moskvanın mərkəzində keçirilən icazəsiz etiraz aksiyası zamanı 1000-dən çox adam polis tərəfindən saxlanılıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb", - deyə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

Polisdən əlavə ediblər ki, araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək. (Report)