Rusiyadan Boltonun istefası ilə bağlı - Açıqlama

"Bu, Birləşmiş Ştatların daxili işidir"

Rusiyanın Təhlükəsizlik Şurası ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefası ilə bağlı xəbəri kifayət qədər sakit qarşılayıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurasındakı mənbə məlumat verib.

"Bu, Birləşmiş Ştatların daxili işidir. Biz bu istefanı kifayət qədər sakit qarşılamışıq", - deyə mənbə bildirib.

Qeyd edək ki, son vaxtlar ərzində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Bolton arasında bir sıra danışıqlar baş tutub.

Onların sonuncu görüşü iyun ayının sonunda Qüdsdə keçirilib. İsrailin milli təhlükəsizlik üzrə müşaviri Meir Ben-Şabbat da bu görüşdə iştirak edib.

Patruşevlə Bolton arasında aparılan danışıqlar əsasən təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə, həmçinin Suriya, Ukrayna, Venesuela və İranın nüvə razılaşması barədə vəziyyətinə həsr olunub.

Pərvanə

AzNews.az