"Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm" "Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm"

Putin Həbib Nurməhəmmədovla görüşdü - VİDEO

"Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm"

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Rusiya KİV-i xəbər verir ki, görüş Mahaçqala şəhərində baş tutub. Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib. Qələbə münasibətilə Həbibi təbrik edən Putin Əbdülmanat Nurməhəmmədova da təbriklərini çatdırıb:

“Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.

Xatırladaq ki, Həbib sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəfə çempion titulunu qoruyub.(qafqazinfo.az)

AzNews.az