Rusiya sərhədçiləri 160 nəfər şimali koreyalını saxladılar

Hadisə Yapon dənizinin Rusiya məxsus hissəsində baş verib

Rusiya sərhədçiləri Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus iki gəminin və 11 motorlu qayığın heyət üzvləri olan ümumilikdə 160 nəfəri saxlayıblar.

Hadisə Yapon dənizinin Rusiya məxsus hissəsində baş verib. Rusiya Federal Təhlükəsizlik Bürosunun ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, KXDR vətəndaşları və sərhədçilər arasında yaralananlar var.

Hadisənin səbəblərinin araşdırılması üçün KXDR-in Rusiyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sərhədçilər koreyalı brakonyerlərdən balıq ovu üçün qadağan edilmiş tilovlar götürüblər. Saxlanılan şəxslər Naxodka limanına aparılıb.(AZƏRTAC)

AzNews.az