Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Putin Medvedevi Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edib

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib. Fərmanın birinci bəndi kabinetin istefasını elan edir. (APA)

AzNews.az