Tramp və Putin arasında telefon danışığı olub

Liderlər G7 sammitinə çağırışın inkişafını müzakirə ediblər

ABŞ Prezidenti Donald Trampla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə AzNews.az RİA "Novosti"yə istinadən xəbər verir.

Ağ Evdən bildirilib ki, dövlət başçıları G7 görüşünün keçirilməsini müzakirə ediblər. Prezidentlərin telefon danışığında həmçinin silahlanmaya nəzarət diqqət mərkəzində olub.

"Prezidentlər - Tramp və Putin koronavirusla mübarizə üzrə hazırkı səylərin gücləndirilməsini və dünya iqtisadiyyatının açılışını müzakirə ediblər", - deyə Ağ Evin nümayəndəsi Cadd Dir bildirib.

"Prezident Tramp həmçinin silahlanmaya nəzarətə effektiv nəzarətin zəruriliyini təkrarlayıb. Bundan başqa, liderlər G7 sammitinə çağırışın inkişafını müzakirə ediblər.

Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl G7 sammitinə Rusiya da daxil olmaqla, əlavə olaraq 4 ölkəni dəvət edib. Son məlumatlara görə, Kanada Rusiyanın sammitdə iştirakının əleyhinə çıxıb. Belə təşəbbüslə ölkənin baş naziri çıxış edib.