Özünü yaxşı hiss edir Özünü yaxşı hiss edir

103 yaşlı koronavirus xəstəsi sağaldı

Özünü yaxşı hiss edir

Rusiyanın Sankt-Peterburq şəhərində 103 yaşlı koronavirus xəstəsi sağalıb.

Rusiya KİV-nin məlumatına görə, bu barədə qadının müalicə olunduğu xəstəxana bildirib.

Qeyd olunub ki, həmin qadın koronavirusun səbəb olduğu kəskin ikitərəfli poliseqment pnevmoniyadan müalicə olunub.

Xəstəxanadan onu da bildiriblər ki, iyunun 11-də evə buraxılan qadın özünü yaxşı hiss edir.

AzNews.az