Ölkə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir Ölkə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir

Moskvada koronavirusa qarşı kollektiv immunitet yaranıb

Ölkə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin paytaxt vətəndaşlarında koronavirus infeksiyasına qarşı kollektiv immunitetin yarandığını bildirib.

AzNews.az xəbər verir ki, Sergey Sobyanin bu barədə "Rossiya 24" telekanalına açıqlama verib: "İstənilən halda inanıram ki, Moskva əhalisində koronavirusa qarşı kollektiv immunitet yaranıb və bu bizə məhdudiyyətləri inamla götürməyə imkan verir".

O həmçinin bildirib ki, ölkədə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir: "Görürəm ki, hər şeyə baxmayaraq zirvəni keçmişik".

Eyni zamanda, Moskva merinin müavini Anastasiya Rakova iyunun 19-dan iyulun 2-dək COVID-19 immunitetinin dördüncü mərhələsində iştirak edən 98 min Moskva sakinindən 21,7% -də koronavirusa qarşı antikorların aşkarlandığını bildirib.

Qeyd edək ki, Moskvada mayın 15-dən etibarən kütləvi antikor testləri aparılır.