• Rusiya
  • 11 Sentyabr 2020 22:10
  •  1 285

Deputatın oğlu həbs olunub - Moskvada

“Hacıyev Əbdülhəmid Muradoviç barəsində oktyabrın 24-dək həbs qətimkan tədbiri seçilib”

Rusiya paytaxtı Moskva şəhərinin Doroqomilovski rayon məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Murad Hacıyevin oğlu Əbdülhəmidin həbs olunması barədə hökm çıxarıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ə.Hacıyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa orta ağır dərəcədə zərər vurmaq) ilə cinayət törətməkdə günahlandırılır.

“Hacıyev Əbdülhəmid Muradoviç barəsində oktyabrın 24-dək həbs qətimkan tədbiri seçilib”, - məhkəmədən bildiriblər.