- Rusiya və İran
- 20 Sentyabr 2020 19:23
- 5 558
Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa ediləcək
Rusiyanın Baş naziri Mixail Mişustin dörd ölkə ilə hava nəqliyyatının bərpa edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.
Bildirilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa ediləcək.
Ölkənin Koronavirusla mübarizə üzrə Operativ Qərargahı sentyabrın 18-də dörd ölkə ilə hava reyslərin yeniləməsi haqqında bildirib. Qeyd edilir ki, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla hava əlaqəsi bərpa olunacaq. Cənubi Koreyaya reyslər bir az sonra - sentyabrın 27-də təşkil olunacaq.