- Rusiya və İran
- 14 Oktyabr 2020 20:26
- 6 568
Putin ikinci rus peyvəndinin qeydiyyata alındığını elan etdi
Preparat “EpiVakKorona” adını qazanıb
Novosibirskdəki “Vektor” mərkəzi koronavirusa qarşı ikinci rus peyvəndini qeydiyyata alıb.
AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
Preparat “EpiVakKorona” adını qazanıb.
“Rusiya Elmlər Akademiyasının Çumakov adına Federal Elmi Mərkəzinin üzərində işlədiyi üçüncü peyvənd də yoldadır”, - deyə Putin bildirib.
Xatırladaq ki, 11 avqustda V. Putin Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvəndin qeydiyyatdan keçdiyini açıqlamışdı.