Bu barədə rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib Bu barədə rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib

Rusiya Hesablama Palatasının auditoru saxlanıldı

Bu barədə rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib

Rusiya Federasiyası Hesablama Palatasının auditoru, İvanovsk vilayətinin keçmiş qubernatoru Mixail Men saxlanılıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“İstintaq Komitəsinin Baş İstintaq İdarəsi İvanovsk vilayətinin büdcəsindən küllü miqdarda vəsait mənimsənilməsi işi üzrə aparılan cinayət istintaqı çərçivəsində Mixail Meni saxlayıb. 700 milyon rubl vəsaiti mənimsəməkdə ittiham olunan Menə qarşı Rusiya Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü bəndi ilə ittiham irəli sürülüb”, - deyə Petrenko bildirib.