Rusiyada da rekord yoluxma və ölüm

Ölkədə virusla xəstələnənlərin sayı 2 milyon 64 min 748-ə çatıb

Rusiyada son sutka ərzində 24 min 822 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.

Bununla da ölkədə virusla xəstələnənlərin sayı 2 milyon 64 min 748-ə çatıb.

Son sutkada daha 467 nəfərin vəfatı ilə günlük ölüm hallarında da rekord yaşanıb. Ümumilikdə virus qurbanlarının sayı 35 min 778-ə yüksəlib.

Bundan əlavə, indiyədək 1 milyon 577 min 435 nəfər sağalıb.