Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq

Moskvada Rusiya - Ermənistan danışıqları başlayıb

Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq

Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti bildirib.

Tərəflər arasında ikitərəfli, habelə Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq.