- Rusiya və İran
- 23 Dekabr 2020 18:06
- 5 883
“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək”
Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir
“Rusiya ABŞ-ın rus şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək”.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qətərlı həmkarı Məhəmməd ibn Əbdürrəhman Əl- Sani ilə Moskvada görüşü zamanı bildirib.
XİN rəhbəri mətbuat konfransında ABŞ-ın bəzi Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiya tətbiq etmə qərarını dəyərləndirib:
“ABŞ uzun müddətdir ölkəmizə qarşı düşmənçilik siyasəti aparır, buna cavab veriləcək. Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir”.