Onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib Onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib

Navalnının işinə baxan hakim istefa verdi

Onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib

Rusiyalı müxalifətçi Aleksey Navalnının cinayət işinə baxan Moskvanın Simonovsk rayon Məhkəməsinin sədri Vyaçeslav Detişin istefa verib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib.

Bildirib ki, sədr istefa verib, ancaq bunun Navalnının işi ilə heç bir əlaqəsi yoxdur. Sədrin səlahiyyətləri mart ayında başa çatır. O, buna görə də fevralda deyil, yanvarın əvvəlində istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan qayıdan Aleksey Navalnı barədə məhkəmə 30 gün müddətinə həbs qərarı verib. O, həbsinin şərti cəza ilə əvəzlənməsi üçün Simonovsk rayon Məhkəməsinə müraciət edib.