"Hər hansı bir təhlükə görmürəm" "Hər hansı bir təhlükə görmürəm"

Dmitriy Peskov: "Dağlıq Qarabağdakı razılaşmanın icrasını davam etdirmək vacibdir "

"Hər hansı bir təhlükə görmürəm"

AzNews. az dünya mediasına istinadən xəbər verir ki, Kremlin Mətbuat katibi Dmitriy Peskov Ermənistan silahlı qüvvələrinin baş nazir Nikol Paşinyana istefa çağırışından sonra paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırıb.

Ermənistandakı hadisələrə görə Dağlıq Qarabağda əldə olunan razılaşmaların həyata keçirilməsi üçün hər hansı bir təhlükə görüb-görmədikləri ilə bağlı sualı cavablandıran Peskov, “Xeyr, razılaşma hazırda icra olunur. Hər hansı bir təhlükə görmürəm. Ermənistanda baş verənlərə baxmayaraq, Dağlıq Qarabağ razılaşmalarının icrasını davam etdirmək vacibdir " deyib.

Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin telefon danışığınını qiymətləndirən Peskov, "Yayımladığımız mətni diqqətlə izləmisinizsə, Putinin Ermənistandakı problemlərin qanun çərçivəsində həllinə tərəfdar olduğunu görə bilərsiniz. Bu açıqlama çox vacibdir"- deyə bildirib.

Xatırladaq ki, Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan və yüksək səviyyəli əsgərlər Paşinyanın istefasını tələb edən bir açıqlama vermişdilər və Paşinyan bu addımı "çevriliş cəhdi" adlandıraraq tərəfdarlarını küçələrə çağırmışdı. Müxalifət isə Baş Qərargahın çağırışını dəstəkləmək üçün İrəvan küçələrində etiraz nümayişlərinə başlamışdı.

AzNews. az