300 mindən artıq xəstə nəzarət altındadır 300 mindən artıq xəstə nəzarət altındadır

“Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır”

300 mindən artıq xəstə nəzarət altındadır

Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko “Rossiya-1” telekanalının “Vesti” proqramının efirində bildirib.

“Koronavirusla bağlı vəziyyət hələ ki, gərgin olaraq qalır. 300 mindən artıq xəstə nəzarət altındadır”, - o deyib.

Nazir, həmçinin qeyd edib ki, may tətili infeksiyanın ötürülmə zəncirini qırmaq üçün uzadılıb.

Qeyd edək ki, Rusiyada koronavirusa 4 823 255 yoluxma halı qeydə alınıb, 4 443 922 pasiyent sağalıb, 110 862 nəfər dünyasını dəyişib.