Hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib Hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib

Rusiyada məktəbə silahlı hücum - 7 şagird və 1 müəllim öldü + Yenilənib

Hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib

Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib. Belə ki, naməlum şəxs paytaxt Kazanda yerləşən məktəblərdən birinə hücum edib.

AzNews.az xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 9 nəfər həyatını itirib. Onlardan səkkizinin şagird, birinin isə müəllim olduğu qeyd edilib.

Hücum barədə hələlik rəsmi açıqlama verilməsə də, “İnterfaks” qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edən 17 yaşlı yeniyetməni saxlayıblar.

***

Hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci silahlı şəxsi zərərsizləşdiriblər. Onun məktəbin dördüncü mərtəbəsindəki sinif otaqlarının birində zərərsizləşdirildiyi bildirilir.