“Qərb nəinki son bir ildə, uzun müddətdir ki, Ukraynanı Rusiyaya qarşı hərəkətlərə keçməyə təhrik edir” “Qərb nəinki son bir ildə, uzun müddətdir ki, Ukraynanı Rusiyaya qarşı hərəkətlərə keçməyə təhrik edir”

"NATO öz hərbi qüvvələrini və texnikasını sərhədlərimizə yığır”

“Qərb nəinki son bir ildə, uzun müddətdir ki, Ukraynanı Rusiyaya qarşı hərəkətlərə keçməyə təhrik edir”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında NATO və Qərblə bağlı fikirlər səsləndirib.

AzNews.az xəbər verir ki, o NATO və ABŞ-ın Rusiya sərhədlərinə öz qüvvələrini və hərbi texnikasını yığdığını bildirib.

Lavrov həmçinin Qərbi, Ukraynanı Rusiya əleyhinə hərəkətlərə sövq etməkdə ittiham edib:

“Qərb nəinki son bir ildə, uzun müddətdir ki, Ukraynanı Rusiyaya qarşı hərəkətlərə keçməyə təhrik edir. O cümlədən Amerika və Britaniya qüvvələri də daxil olmaqla NATO hərbi qüvvələri və texnikaları sərhədlərimizə yığılır. Getdikcə sayıları artan Qərb təlimatçılarının dəstəyi ilə Ukraynanın özündə, Donbasdakı təmas xəttində daha çox qüvvə və hərbi texnika var”,- deyə nazir bildirib.

Şəbnəm Zahir