Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona zəng edib Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona zəng edib

“ABŞ və NATO-nun cavablarında Rusiyanın fundamental narahatlıqları nəzərə alınmayıb" - Putin

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona zəng edib

Aznews.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı liderlər hər iki ölkədə koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığının əsas mövzusu bu yaxınlarda Cenevrədə Rusiya-Amerika danışıqları və Brüsseldə Rusiya-NATO Şurası çərçivəsində keçirilən görüş daxil olmaqla, Rusiyaya uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi olub.

Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi yanvarın 26-da ABŞ və NATO-dan təhlükəsizlik zəmanətləri ilə bağlı saziş layihələri ilə bağlı alınan yazılı cavabları diqqətlə öyrənəcək və bundan sonra gələcək hərəkətləri barədə qərar verəcək.

Eyni zamanda, Amerika və NATO-nun cavablarında Rusiyanın NATO-nun genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərini yerləşdirməkdən imtina etmək, eləcə də Avropada blokun hərbi potensialı və infrastrukturunu Rusiya-NATO əsas Aktının imzalandığı 1997-ci ildəki mövqelərə geri qaytarmaq kimi fundamental narahatlıqlarının nəzərə alınmadığı diqqətə çatdırılıb.

“ABŞ və onun müttəfiqləri ATƏT-in və Rusiya-NATO-nun əsas sənədlərində təsbit olunmuş təhlükəsizliyin bölünməzliyi prinsipinə necə əməl etmək niyyətindədirlər və bu prinsip heç kimin öz təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına gücləndirməməsini şərtləndirir”, - Putin vurğulayıb.

Ukraynadakı vəziyyəti müzakirə edərkən Vladimir Putin Kiyevin Minsk “Tədbirlər Paketi”nin müddəalarına və digər sazişlərə, ilk növbədə, Donetsk və Luqansk ilə birbaşa dialoqun qurulmasına və Donbasın xüsusi statusunun qanuniləşdirilməsinə ciddi əməl etməsinin vacibliyini vurğulayıb.

Yanvarın 26-da Parisdə “Normand dördlüyü” ölkələri liderlərinin siyasi müşavirlərinin görüşünün nəticələri nəzərə alınaraq, Rusiya və Fransanın bu formatda gələcək işinə dair əhval-ruhiyyə təsdiqlənib.

Fransanın bu ilin birinci yarısında Aİ Şurasına sədrliyi ilə əlaqədar Emmanuel Makron Vladimir Putinə Parisin ümumavropa trekinə yanaşmaları barədə məlumat verib. Avropanın təhlükəsizlik məsələlərinin bütün spektri üzrə Rusiya-Fransa dialoqunun davam etdirilməsi razılaşdırılıb.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətə baxılıb.

İkitərəfli əməkdaşlığın bəzi praktiki aspektləri, o cümlədən nüvə enerjisi sahəsində müzakirələr aparılıb.