• Rusiya
  • 22 Noyabr 11:16
  •  1 800

Rusiyanın Ukraynada 85 min əsgəri ölüb

Ukrayna və Rusiya arasında müharibə başlayandan bugünədək Rusiya Silahlı Qüvvələrinin 85 000 əsgəri öldürülüb.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi həmçinin 2 895 tank, 5 827 zirehli maşın, 1 537 operativ-taktiki PUA, 1 882 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 16 gəmi, 261 helikopter, 4 393 avtomobil və tanker, 161 xüsusi texnika itirib.

Pərvanə