"Biz heç vaxt avropalı tərəfdaşlarımızla bərabərhüquqlu dialoqdan qaçmamışıq"- Sergey Lavrov

"Rusiya heç vaxt avropalı tərəfdaşları ilə bərabərhüquqlu dialoqda iştirak etməkdən və ya təhlükəsizlik məsələlərinin həlli yollarını axtarmaqdan imtina etməyib".

Aznews.az xəbər verir ki, bu barədə Sergey Lavrov deyib.

"Biz heç vaxt nə avropalı tərəfdaşlarımızla bərabərhüquqlu dialoqdan, nə də təhlükəsizlik məsələlərinin həlli yollarının axtarışından qaçmamışıq. Biz ümidliyik ki, gec-tez Avropada okeanın o tayından kiminsə xoşuna gəlmək ambisiyası ilə deyil, öz milli maraqlarından çıxış edə biləcək siyasi qüvvələri görəcəyik.”, - deyə nazir bildirib.

Mövsüm