Rusiya-Çin hərbi əməkdaşlığı strateji münasibətlərin möhkəmlənməsinə kömək edir- Vladimir Putin

Rusiya-Çin hərbi əməkdaşlığı iki ölkə arasında strateji və etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə kömək edir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin səfərdə olan Çinin müdafiə naziri Li Şanqfu ilə görüşündə deyib.

O, Moskva ilə Pekin arasında müdafiə sahəsində uğurlu və hərtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. “Düşünürəm ki, bu, bizim münasibətlərimizin, Rusiya və Çin arasındakı münasibətlərin etimada əsaslanan strateji xarakterini gücləndirən daha bir böyük sahədir”, - Putin bildirib.

O, Rusiya-Çin hərbi əməkdaşlığını yüksək qiymətləndirib və qeyd edib ki, Rusiya və Çin müdafiə nazirlikləri faydalı məlumatlar mübadiləsi aparır və birgə təlimlər keçirir.

O qeyd edib ki, Çin müdafiə nazirinin Rusiyada “kifayət qədər zəngin iş proqramı var”. "Sizi görməyə şadıq. Əminəm ki, səfəriniz ən yüksək səviyyədə keçiriləcək. Rusiyaya xoş gəlmisiniz!" Putin bildirib.

Kremldəki görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.

Mövsüm