Rusiya genişlənmə ilə bağlı BRICS tərəfdaşları ilə müntəzəm müzakirələr aparır.

Rusiya BRİKS qrupundakı tərəfdaşları ilə təşkilatın mümkün genişlənməsi ilə bağlı müntəzəm danışıqlar aparır.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Bununla bağlı məsələlərin bütün spektri BRİKS-in şerpa və sous-şerpa görüşlərində müzakirə olunur və təbii ki, bu, konsensusa nail olmaq üçün beş ölkənin hərtərəfli təhlili və incə daxili işi tələb edir”, - deyə rusiyalı diplomat bildirib.

O əlavə edib ki, məsələ müntəzəm olaraq müzakirə olunsa da, təsdiq prosesi ilə bağlı hər hansı təfərrüatları açıqlamaq hələ tezdir.

Mövsüm