Sergey Lavrov Burindidə səfərdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Burundinin Bujumbura şəhərinə səfər edib.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirin Afrika ölkəsinin rəhbərliyi ilə danışıqlar aparması planlaşdırılır. Burundi Keniyadan sonra Lavrovun Afrikaya son turunda səfər etdiyi ikinci ölkədir.

Burundinin xarici işlər naziri Albert Şinqiro 2023-cü ilin martında Rusiyanın Soçi şəhərinə səfər edib və burada Lavrovla danışıqlar aparıb. Rusiyalı nazir daha sonra keçirdiyi mətbuat konfransında bildirib ki, ölkələr atom enerjisindən dinc məqsədlərlə istifadəyə dair ikitərəfli sazişə hazırlaşır.

Qeyd edək ki, Rusiya və Burundi hüquq-mühafizə və hərbi-texniki sahələrdə əməkdaşlıq edir.

Mövsüm