2018-ci ildə Rusiyada qaz hasilatı, təxminən, 5% artaraq rekord səviyyəyə - 725 milyard kubmetrə çatıb. 2018-ci ildə Rusiyada qaz hasilatı, təxminən, 5% artaraq rekord səviyyəyə - 725 milyard kubmetrə çatıb.

Rusiyada qaz hasilatı rekord səviyyəyə çatdı

2018-ci ildə Rusiyada qaz hasilatı, təxminən, 5% artaraq rekord səviyyəyə - 725 milyard kubmetrə çatıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ölkənin energetika naziri Aleksandr Novak bildirib.

"Qaz sənayesində hasilat üzrə 18 illik rekord qırılıb, 725 milyard kubmetr qaz hasil olunub. Bu isə 2017-ci illə müqayisədə 5 faizlik artım deməkdir", - nazir deyib.

A.Novak həmçinin qeyd edib ki, 2018-ci ildə Rusiyada neft hasilatı 2017-ci illə müqayisədə 10 milyon ton və ya 1,6 faiz artaraq 556 milyon tona çatıb.(report.az)

© AzNews.az