- Rusiya və İran
- 17 Aprel 2019 18:09
- 2 831
Orenburq-Bakı aviareysinə biletlərin qiyməti azaldıldı

Hazırda Orenburq-Bakı aviabiletini 5 300 rubla almaq mümkündür.
Rusiyanın "İrairo" aviaşirkəti ölkənin Orenbuqr şəhərindən Bakıya və geriyə həyata keçirdiyi uçuşları kəskin ucuzlaşdırıb.
Hazırda Orenburq-Bakı aviabiletini 5 300 rubla, Bakı-Orenburqa aviabiletini isə 8 000 rubla almaq mümkündür. İndiyə qədər qiymətlər 9 700 rubl və 9 800 rubl olub.
Orenburq-Bakı-Orenburq aviabileti isə 12 800 rubla satılır. (report)
AzNews.az